27 yaşlı azərbaycanlı Rostov hava limanında saxlanıldı – SƏBƏB

Hazırda oxunan: 27 yaşlı azərbaycanlı Rostov hava limanında saxlanıldı – SƏBƏB

26555

Rusiyanın Rostov şəhərindəki Platov hava limanında gizli şəkildə 2 milyon rubl çıxarmağa çalışan 27 yaşlı Azərbaycan vətəndaşına qarşı inzibati iş başlanıb. 

Bizim.Media xəbər verir ki, mövcud Rusiya qanunvericiliyinə görə, bəyannamə tərtib edilmədən, Rusiyadan 10 min ABŞ dolları və ya təxminən 720 min rubl ixrac etmək mümkündür. 

Rostov gömrük idarəsinin jurnalistlərə verdiyi məlumata görə, azərbaycanlı "yaşıl" dəhlizi keçib, lakin yoxlama zamanı onda  2 milyon rubla yaxın pulun olduğu aşkar edilib.  

Qanunu pozan şəxs barəsində protokol tərtib edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin