Azərbaycan vətəndaşına Avropa Yenidənqurma və İnkişaf Bankında yüksək vəzifə verildi 

Hazırda oxunan: Azərbaycan vətəndaşına Avropa Yenidənqurma və İnkişaf Bankında yüksək vəzifə verildi 

26526

Azərbaycan vətəndaşı olan Aytən Rüstəmova Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qırğızıstan, Tacikistan və Türkmənistanda regional rəhbəri təyin olunub.  

Bizim.Media xəbər verir ki, bu haqda məlumat Bankın saytında yer alıb. 

Mənbə bildirir ki, onun çalışacağı ofis Qırğızıstanın paytaxtı Bişkekdə yerləşir. A.Rüstəmova 2021-ci il sentyabrın 1-də vəzifəsinin icrasına başlayacaq.  

Aytən Rüstəmova təyinatı ilə bağlı bunları deyib:

“Son 4 ildə çalışdığım Orta Asiyada qaldığım üçün çox xoşbəxtəm. Bir çox ölkələrdə AYİB-in qaynaqlarına ehtiyac COVID-19-dan  sonra əhəmiyyətli dərəcədə artıb. Həmin ölkələrin iqtisadiyyatına davamlı kömək edəcək ekoloji, rəqəmsal və həyatı dəyişdirən layihələrin təşviqi üçün bütün tərəfdaşlarla sıx əməkdaşlıq edəcəyəm. Bunu səbirsizliklə gözləyirəm”. 

Aytən Rüstəmova 2001-ci ildə AYİB-ə qoşulub və 2017-ci ildə Tacikistanda AYİB-ə rəhbərlik etməmişdən əvvəl bankın Bakı ofisində müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycan Dövlət Xarici Dillər Universitetinin xarici dillər üzrə magistr dərəcəsini və beynəlxalq biznes üzrə magistr dərəcəsini alıb.  

O, yeni vəzifəsində Bankın Londondakı mənzil-qərargahına qayıdan Nil Makkeyni əvəz edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin