Rusiya telekanalından Qarabağda növbəti təxribat - VİDEO

Hazırda oxunan: Rusiya telekanalından Qarabağda növbəti təxribat - VİDEO

26468

Rusiyanın "TV Çentr" telekanalı Qarabağdan növbəti təxribat xarakterli video reportaj hazırlayıb.

Bizim.Media xəbər verir ki, video televiziyanın Youtube kanalında yayımlanıb. 

Görüntülərdə qadın aparıcı Vera Kuzmina “stand up”da deyir ki, sağda Ermənistan, bura Dağlıq Qarabağ, o tərəfdə isə Azərbaycandır:
 

MÖVZU İLƏ BAĞLI:

Erməni jurnalistdən etiraf: “Bura Azərbaycan torpağıdır” - VİDEO


“Rusiya sülhməramlıları gələndən burada heç bir neqativ hal baş verməyib. Sülhməramlılar bütün maşınları yoxlayıb, buraxırlar və saat 18:00-da yol bağlanır. Bu yeganə yoldur ki, Azərbaycan və Ermənistan bundan istifadə edir”.

Sujetdə 2 erməni bildirir ki, bizə əsas Rusiya pasportu lazımdır ki, yaşadıqlarımızı övladlarımız yaşamasın.

Xatırladaq ki, süjetdə jurnalist “Dağlıq Qarabağ”ı ayrı bölgə kimi qələmə verir və ermənilərin Rusiya pasportu almaq istədiklərini qabardır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin