Türkiyəli səfirdən vacib Qarabağ AÇIQLAMASI

Hazırda oxunan: Türkiyəli səfirdən vacib Qarabağ AÇIQLAMASI

26463

Azərbaycan dövlətinin Qarabağı yenidən qurmağa, inkişaf etdirməyə gücü yetər. Türkiyə olaraq biz də yenidənqurma və inkişaf üçün əlimizdən gələn hər cür dəstəyi verməyə hazırıq. Mədəniyyətdən təhsilə, incəsənətdən ədəbiyyata, əkinçilikdən heyvandarlığa, sənayeyə qədər nə lazımdırsa Türkiyə dəstəyini verəcəkdir.

Bizim.Media xəbər verir ki, bunu işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edən Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağcı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə səfirindən səmimi PAYLAŞIM - “Bir fincan qəhvə içdik”


Səfir Ağdam şəhərinə gəldiyi üçün böyük sevinc hissi keçirdiyini deyib: "Bu gün Ağdamı gördüyüm üçün xoşbəxtəm. Azərbaycan bayrağının burada dalğalanması ayrı sevincdir.

İnşallah Azərbaycanın üçrəngli bayrağı işğaldan azad edilmiş Qarabağda əbədi olaraq dalğalanacaqdır. Azərbaycan xalqını Qarabağdakı zəfərə, 44 günlük Vətən müharibəsindəki uğura görə təbrik edirəm. Qısa zamanda Qarabağda yeni həyatın başlayacağını səbirsizliklə gözləyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin