Türkiyə parlamentinin nümayəndə heyəti ABŞ-da iki ölkə arasındakı münasibətlərin vəziyyəti və perspektivləri, Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Anadolu agentliyi Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyasının sədri Akif Çağatay Kılıça istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan və Putindən Qarabağ müzakirəsi
Onun sözlərinə görə, ABŞ parlamentarilərilə görüş zamanı Qarabağ məsələsinə də toxunulub:
"ABŞ Türkiyənin Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini yaxşı bilir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi BMT səviyyəsində tanınan bir reallıqdır. Bu mövzuda yenidən Ankaranın mövqeyini ABŞ təmsilçilərinin diqqətinə çatdırdıq".
Bizim.Media