Maradonanın həkimi məhkəmə qarşısına çıxır

Hazırda oxunan: Maradonanın həkimi məhkəmə qarşısına çıxır

26393

Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın həkimi Leopoldo Luke iyunun 28-də məhkəmədə ifadə verəcək.

Bizim.Media xəbər verir ki, "Mundo Deportivo" nəşrinin məlumatına görə,  o, sabiq oyunçunun əvəzinə bəzi sənədlərə imza atmaqda günahlandırılır.

Maradonanın saxta imzasının yer aldığı sənədlər hüquq-mühafizə orqanları tərəfindən Lukenin ofisində və evində aşkarlanıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib. Leopolde Luke daha əvvəl Maradonanın ölümündə də ittiham olunub. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin