Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın iclasından sonra yeni təyinatları təsdiqləyib.
Bizim.Media xəbər verir ki, Ərdoğan Baş Qərargah rəisi Metin Gürakı vəzifədən azad edərək onun yerinə Quru Qoşunlarının komandanı Səlcuq Bayraqtaroğlunu təyin edib. Quru Qoşunlarının yeni komandanı isə general Metin Tokel olub.
Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin komandanlarının səlahiyyət müddətləri isə daha bir il uzadılıb.
Xatırladaq ki, bundan əvvəl Ərdoğan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri Bəxtiyar Ərsaya “ordu generalı” rütbəsi vermişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:26 / 05.08.2025
Ərdoğan Baş Qərargah rəisini dəyişdi
Hazırda oxunan: Ərdoğan Baş Qərargah rəisini dəyişdi
Hazırda oxunan: Ərdoğan Baş Qərargah rəisini dəyişdi
263542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.