Borcu olan abonent “Azəriqaz”ın əməkdaşını döydü

Hazırda oxunan: Borcu olan abonent “Azəriqaz”ın əməkdaşını döydü

26354

"Azəriqaz" İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin Ağstafa xidmət sahəsində təmir-bərpa üzrə qaynaqçı vəzifəsində işləyən Babayev Ələkbər İbarət oğlu abonentin fiziki təzyiqinə məruz qalıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Belə ki, o, Aşağı Göyçəli kəndində 420 manat debitor borcu olan abonent Vəliyev Vilayətin qaz təchizatını dayandırarkən gözləmədiyi halda arxadan boyun və qol hissəsinə ağacla zərbələr endirilib. Təhqir olunub, qaynaq aparatı əlindən alınıb. Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin