Azərbaycan Avropa və Ermənistan arxeoloqlarını məhkəməyə verdi – ARAŞDIRMA

Hazırda oxunan: Azərbaycan Avropa və Ermənistan arxeoloqlarını məhkəməyə verdi – ARAŞDIRMA

2635

Xəbər verdiyimiz kimi, Azərbaycan Azıx mağarasının talanması ilə bağlı Ermənistanı UNESCO-ya şikayət edib.

Çünki işğalçı dövlət 1992-ci ildən bu günə kimi Xocavənd rayonu ərazisində yerləşən, dünya əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınmış Azıx mağarasında qanunsuz qazıntılar aparıb.

Azıx mağarasından başqa, ermənilər Şuşa yaxınlığında yerləşən mağaralarda, Ağdam rayonu ərazisində yerləşən Şahbulaq qalası yaxınlığında erməni uydurması olan "Tiqranakert" və Kəlbəcər rayonu ərazisində yerləşən arxeoloji və memarlıq abidələrimizə də qanunsuz müdaxilələr edilib.

45 günlük hərbi əməliyyatlar zamanı isə onlar Qarabağ ərazilərindəki arxefaktları hamısını Ermənistana daşıyıblar.

Ağdam rayonu Şahbulaq qalası yaxınlığında 2006-cı ildən bu günə kimi arxeoloji qazıntılara rəhbərlik edən şəxs isə Yerevan Dövlət Universitetinin tarix fakültəsinin kulturologiya kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Hamlet Petrosyandır.

O, tapıntıların daşınmasıda fəal iştirak edən Hamlet Petrosyan facebook hesabında paylaşım edib.

Hətta iddia edirlər ki, guya bu tapıntıları 2006-cı ildən Ağdamın Şahbulaq yaxınlığında Tiqranakert tapıblar.

Əldə etdiyimiz faktlar əsasında söhbətimizi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynovla davam etdiririk.

Arxeoloq bildirir ki, Azığ mağarasını talan etməkdə ermənilərin məqsədi özlərini qurduqları uydurma rejimi dünyaya tanıtmaq idi, xarici alimlər üçün isə bu elmi karyera deməkdir:

“Azıx mağarası dünya elmi araşdırmaları baxımından böyük əhəmiyyət daşıyır."

Çünki qədim dövrdə insan hansı marşrutla miqrasiya edib sualı alimlər üçün çox maraqlıdır. Avropalı alimləri buna görə Qarabağa gəliblər, çünki Azıx mağarası dünya insan miqrasiyasının öyrənilməsindən bəhs edən əsas abidələrdəndir. ”.

Ekspedisiyaya ermənilər tərəfdən Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyan rəhbərlik edib.

Avropa ölkələrindən isə Britaniya Təbiət Tarixi Muzeyinin əməkdaşı Piter Endryus bu layihənin elmi məsləhətçisi olub.

İspaniyanın Madrid şəhərində yerləşən Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo, Patrisiyo Dominqes və İzabella Torres də qanunsuz tədqiqat işlərində iştirak edib.

İrlandiyadan isə Con Myurri və digərləri arxeoloji qazıntıda iştirakçı olublar.

Azıx mağarasında aparılan qanunsuz tədqiqat işlərinə maliyyə dəsətəyi isə Avropa fondlarından British Airways/British Mediterranean Airways, London Universitetinin Arxeologiya İnstitutu, The Harold Hyam Wingate Trust Fondu, İspaniyanın elm və Texnologiya Nazirliyi, The Royal Society – dən gəlib.

Səbuhi Hüseynov onu da bildirdi ki, Ermənistan işğal etdiyi ərazilərimizdə qanunsuz arxeoloji qazıntılar aparmaqla 1954-cü ildə Haaqada qəbul edilmiş "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın İkinci Protokolun 9-cu bəndini pozub:

“Azərbaycanlı arxeoloqlar Qarabağda çalışan xarici və erməni arxeoloqlar barəsində Respublika Prokurorluğuna cinayət işinin açılması ilə bağlı müraciət hazırlayıb.

Beynəlxaq müstəvidə isə adları çəkilən arxeoloqlar “interpol”da axtarışdadırlar ”.

Gülşanə Mustafayeva, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin