Hakim olmaq istəyən 64 nəfər şifahi imtahan verdi

Hazırda oxunan: Hakim olmaq istəyən 64 nəfər şifahi imtahan verdi

26273

Ölkə Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam edir.

Bizim.Media xəbər verir ki, Hakimlərin Seçki Komitəsindən bildirilib ki, test üsulu ilə və yazılı imtahanlarda müvəffəqiyyət qazanmış 64 nəfər namizədlə Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Hakimliyə namizədlərlə test imtahanı keçirildi


İmtahanlar zamanı namizədlərə hüququn müxtəlif sahələrinə dair 5 sual verilib və onların hər biri yarım saat ərzində bu sualları cavablandırıb. Namizədlərə bərabər şərait yaradılması və obyektivliyin təmin edilməsi məqsədilə imtahan sualları hər gün bilavasitə imtahandan əvvəl, imtahan keçirilən auditoriyada hazırlanıb və onlar tərəfindən sərbəst cavablandırılıb.

Suallar namizədlərin bilik səviyyəsinin, fikirlərini səlist ifadə etmək bacarığının, məntiqi nəticələr çıxarmaq qabiliyyətinin, ümumi dünya görüşünün müəyyən olunmasına imkan verib.

COVID-19 pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilmiş imtahanların nəticəsinə görə 60 və daha çox bal toplamış 41 nəfər tədris kurslarına buraxılıb.

Həmin kurslarda namizədlərin hakimlik fəaliyyətinə hazırlanmaları təmin ediləcək, hakimin etik davranışı, korrupsiya ilə mübarizə, insan haqları, beynəlxalq normalar və digər aktual məsələlərə dair mövzular nüfuzlu yerli və beynəlxalq ekspertlərin iştirakı ilə tədris olunacaq, onlar məhkəmələrdə staj keçəcəklər.

Şifahi imtahanda uğur qazanaraq tədris kurslarına buraxılmış hakimliyə namizədlərin siyahısı Məhkəmə-Hüquq Şurasının İnternet səhifəsində yerləşdirilib (ünvan: www.jlc.gov.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin