“Şuşa fatehi”nə yeni vəzifə verildi – Tehran Mənsimov haqqında XƏBƏR VAR 

Hazırda oxunan: “Şuşa fatehi”nə yeni vəzifə verildi – Tehran Mənsimov haqqında XƏBƏR VAR 

26238

Azərbaycanlı polkovnikin xidmət yeri dəyişdirilib.

Bizim.Media xəbər verir ki, bu yaxınlara kimi Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmət edən Tehran Mənsimov hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.

Polkovnik Tehran Mənsimov Azərbaycan ictimaiyyəti tərəfindən “Şuşa fatehi” adı ilə tanınaraq, məşhurlaşıb.

O, 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub. 1990-1992-ci illərdə keçmiş sovet ordusu sıralarında qulluq edib.  Daha sonra Azərbaycan Milli Ordusunda xidmətə başlayıb. Könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanaraq, cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Ardınca Ali Hərbi Məktəbdə təhsil alıb və ona leytenant rütbəsi verilib.

24 avqust 2011-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub və 26 iyun 2013-cü ildə akademiyanı fərqlənmə ilə bitirib.

Polkovnik Tehran Mənsimov 44 günlük Vətən müharibəsində fəal iştirak edib. O, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşa döyüşlərində şəhərə girən ilk zabitlərdən olub. Bu döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib.

Tehran Mənsimov 2005-ci ildə "İgidliyə görə", 2017-ci ildə "Vətən uğrunda" medalları ilə təltif edilib. Vətən müharibəsindəki qəhrəmanlığına görə 2020-ci ildə ona ölkə başçısının sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni verilib.

Bundan başqa o, "Şuşanın azad olunmasına görə" medalı ilə də təltif olunub.

Prezidentin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə Tehran Mənsimova “Füzulinin azad olunmasına görə” medalı verilib. (modern.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin