““Ağıllı sayğac”lar vətəndaşın yox, dövlət hesabına quraşdırılmalıdır” 

Hazırda oxunan: ““Ağıllı sayğac”lar vətəndaşın yox, dövlət hesabına quraşdırılmalıdır” 

26210

“Əgər sayğaclar “ağıllı sayğac”larla əvəzlənəcəksə, vətəndaşın deyil, dövlətin hesabına dəyişdirilməlidir”

Bizim.Media-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov ikinci oxunuşda müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Deputatın sözlərinə görə qanun gələn il qüvvəyə minəcək:

“Qanunda nəzərdə tutulan “ağıllı sayğac”lar hazırkı sayğaclardan nə ilə fərqlənir və biz bütün sayğacları ağıllı sayğaclarla əvəzləyəcəyikmi? Ümumiyyətlə, sayğacların dəyişdirilməsi üçün nə qədər vəsaitin lazım olduğu hesablanıbmı?”,- deyə o bu suallara aydınlıq gətirilməsinin vacib olduğunu söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin