Uşaqları da koronavirusa qarşı peyvəndləmək olar.
Bizim.Media “euronews”a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bu qənaətə gəlib. ÜST rəsmilərinin fikrincə, “Pfizer/BioNTech” uşaqlara da vurula bilər.
Adı çəkilən vaksin 12-15 yaşarası yetkinlik yaşına çatmayanların peyvəndlənməsində istifadə olunacaq. Risk zonasında olanlara isə peyvənd prioritet kimi təklif olunmalıdır. 2260 yeniyetmə arasında təşkilatın apardığı tədqiqatlar isbatlayıb ki, bu yaş kateqoriyasında peyvəndin təsiri 100 faiz effektivdir.
MÖVZU İLƏ BAĞLI:
“100 faiz təsirli peyvənd yaratmaq mümkün deyil” - Mütəxəssis
Buna baxmayaraq ÜST yetkinlik yaşına çatmayanların təcili vaksinlənməli olduğunu hələki açıqlamır. Yəni, hələki yeniyetmələrə vaksinlənmə kimi öhdəlik qoyulmur.
Təşkilatın bütün qərarlarının ehtimal anonsundan bir neçə ay sonra verildiyini bildiyimiz halda, qarşıdakı aylarda yeniyetmələrin də peyvəndlənməsinə start verilsə təəccüblənməyə dəyməz.
Bizim.Media