Qaxda su sexində partlayışın DETALLARI AÇIQLANDI

Hazırda oxunan: Qaxda su sexində partlayışın DETALLARI AÇIQLANDI

26185

İyunun 24-də saat 12 radələrində Qax rayonu, Süskənd kəndi ərazisində yerləşən mineral su istehsalı sexində Aydın Şabanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qax rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “Muxtarov Elmir adına mineral su istehsalat sexi”ndə su şüşələrinin paketlənməsi qurğusunda yaranmış nasazlıqların aradan qaldırılması üçün dəvət olunmuş Aydın Şabanov buxar qurğusunda baş vermiş partlayış nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin