Arif Babayevin son durumu necədir? – Mərkəzi Klinikadan AÇIQLAMA

Hazırda oxunan: Arif Babayevin son durumu necədir? – Mərkəzi Klinikadan AÇIQLAMA

261568

Xəbər verdiyimiz kimi, xalq artisti Arif Babayev təcili tibbi yardım maşını ilə dünən Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub. Klinikanın Mətbuat xidmətindən verilən məlumata görə, Arif Babayevin vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir.

Bizim.Media xəbər verir ki, qurumdan bildirilib ki, hal-hazırda xalq artistinin reanmasiya şöbəsində müalicəsi davam edir.
 

Qeyd edək ki, 23.07.2025-ci il tarixində saat 17:30 radələrində Xalq artisti Arif Babayev kəskin tənəffüz çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.


Bildirilib ki, pasiyent dərhal intubasiya olunaraq süni tənəffüs dəstəyilə təmin olunub. O, dünən axşam saatlarında təcili tibbi yardım maşını ilə Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya - Mərkəzi Klinik Xəstəxanaya təxliyə olunub. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin