Gündüzqala kəndində vətəndaşların müraciətləri DİNLƏNİLDİ - FOTO

Hazırda oxunan: Gündüzqala kəndində vətəndaşların müraciətləri DİNLƏNİLDİ - FOTO

261360

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Gündüzqala kəndində sakinlərin səyyar qəbulunu keçirib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, qəbulda həmçinin RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının və müvafiq idarə, təşkilat, müəssisələrin rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən bir sıra sosial və infrastruktur məsələləri ilə bağlı müraciətlər səsləndirilib.
 

Müraciətlər əsasən torpaq sahələrinin hüquqi sənədləşdirilməsi işlərinə dəstəyin göstərilməsi, elektrik enerjisinin verilişində yaşanan fasilələrin aradan qaldırılması, suvarma suyu ilə təminatın yaxşılaşdırılması, internet xidmətlərinin keyfiyyətinin artırılması, eləcə də kənd mədəniyyət evinin əsaslı təmirinə ehtiyacın olması ilə bağlı olub.


Qaldırılan məsələlərin hər biri qeydə alınıb, aidiyyəti üzrə müvafiq qurumlara yönləndirilərək nəzarətə götürülüb.










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin