Azad olunan ərazilərə ilk kimlər köçürüləcək? – RƏSMİ CAVAB 

Hazırda oxunan: Azad olunan ərazilərə ilk kimlər köçürüləcək? – RƏSMİ CAVAB 

26109

"Məcburi köçkünlərin böyük əksəriyyəti birmənalı olaraq öz şəhərlərinə, rayonlarına, kəndlərinə qayıdacaqlar". 

Bizim.Media xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. 

Onun sözlərinə görə, Ermənistanın işğalından azad olunmuş ərazilərdə şəhərlər və kəndlər abadlaşdırıldıqdan sonra oraya ilk növbədə məhz daimi yaşayış yeri ilə təmin edilməmiş vətəndaşlar köçürələcək. 

"Kifayət qədər müasir şəraitdə yaşayan məcburi köçkünlər də həmin ərazilərə qaytarılacaq, lakin biz ilk növbədə yaxşı şəraitdə yaşamayan insanlara kömək edəcəyik”, - deyə Dövlət Komitəsinin sədri bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin