Ermənilər Azərbaycana 30 mindən artıq mərmi atıb - Hikmət Hacıyev

Hazırda oxunan: Ermənilər Azərbaycana 30 mindən artıq mərmi atıb - Hikmət Hacıyev

2607

Bu gün 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasına həsr olunmuş brifinq keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev brifinqdə çıxışı zamanı bildirib ki, sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən Azərbaycan ərazilərinə 30 mindən artıq mərmi atılıb.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən noyabrın 10-dək 93 mülki şəxs qətlə yetirilib, 400-dən artıq şəxs yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin