19 ildir diplomatik əlaqəmiz olan BELİZ haqda nə bilirik? - FAKTLAR - FOTO

Hazırda oxunan: 19 ildir diplomatik əlaqəmiz olan BELİZ haqda nə bilirik? - FAKTLAR - FOTO

26061

2002-ci ilin 24 iyununda Azərbaycan Beliz dövləti ilə diplomatik əlaqələr qurub. 

Bizim.Media çox adama sirli qalan Beliz haqqında araşdlırma edib. 

Beliz Mərkəzi Amerikanın şimal-şərqində dövlətdir. 

Qərbdə və cənubda Qvatemala ilə (sərhəddin uzunluğu 266 km), şimal-qərbdə - Meksika ilə (250 km) sərhədlənir. Sərhədlərin ümumi uzunluğu 516 km-dir. Ölkənin ərazisi Yukatan yarımadasının şərq hissəsində, Karib dənizinin sahilindədir. Sahəsi – 23 min km², əhalisi - 0,3 mln nəfər (2008-ci il). Paytaxt – Belmopan şəhəridir.

1973-cü ilə qədər Britaniya Hondurası adlanan ölkə 1981-ci ildə müstəqillik qazanıb. Beliz bayrağında insan rəsmi olan yeganə ölkədir. Konstitusiyalı monarxiya kraliça II Elizabetə tabedir. 

Avropa üçün ölkəni 1502-ci ildə Kristofor Kolumb kəşf edib. Elə bunun ardınca da Beliz bədbəxtlikləri start götürüb.

Avropalılar yerli əhalini olan hinduları (Kolumb yerli əhalini belə adlandırıb-red.) qırğına məruz qoyublar. Daha sonra Amerikaların Meksika hissəsində ingilis-ispan qarşıdurmalarından, işğal bölgüsündən ən çox əziyyət çəkənlər də məhz hindular, yerli əhali olub. Tropik iqlimə malik Beliz möhtəşəm təbiətilə seçilir. Ölkəyə səfərlər elə də baha deyil, təhlükəsiz və sülhsevər diyardır. Rabitə xətləri də ən müasir texnologiyalara cavab verən Beliz dövlətində biznesin də müxrəlif sahələri var. 

Beliz Britaniya asılılığını qismən azaldandan sonra ölkədə xeyli ofşor şirkətləri yaradılıb. Ofşor biznesdəki üstünlüklərdən biri dövlət büdcəsinə məcburi vergidən azad olmaqdır. Bu səbəbdən də, Beliz gizli pulları olan çox adam üçün ən cəlbedici biznes məkanlarından biridir. 

Belizə səfər etmək istəyənlərin iki seçimi mövcuddur.

Vizanı ya sərhəd keçid məntəqəsində almalıdırlar, ya da öz ölkələrindəki Britaniya səfirliyinə müraciət etməlidirlər. Tələb olunan sənədlər arasında hər iki tərəfə uçuş biletləri, xarici pasport, bir gün qalmaq üçün minimum 50 dollar pul olmalıdır. Vizanın hazırlanmasına isə təxminən 100 dollar lazımdır. 

Anar Rəhimov. Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin