Azad edilmiş ərazilərimizdə Silahlı Qüvəllər Günü ilə bağlı silsilə bayram tədbirləri başlayıb.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə bir neçə gündür ki, Azərbaycan Silahlı Qüvvələrinin 103-cü ildönümü ilə əlaqədar Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə azad edilmiş ərazilərdə silsilə tədbirlər keçirilir.
Vaqif Dərgahlı bildirib ki, Ordu Gününə həsr edilmiş tədbirlər azad edilmiş bütün ərazilərimizdə - Şuşa, Laçın, Kəlbəcər, Cəbrayıl, Füzuli və digərlərində təşkil olunacaq.
Belə bir tədbir artıq Kəlbəcər rayonu ərazisində təşkil olunub. Böyük ölçüdə hazırlanmış Azərbaycan Respublikasının Dövlət Bayrağı “Yaşasın Azərbaycan” şüarı altında şəxsi heyət tərəfindən qaldırılıb. Sonra istedadlı əsgərlər arasında yarışlar keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub. “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə Vətən müharibəsi mövzusunda sənədli film nümayiş etdirilib.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında təqdim edilən vətənpərvərlik mövzusunda musiqi nömrələri hərbi qulluqçular tərəfindən rəğbətlə qarşılanıb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:28 / 24.06.2021
Qalib ölkənin ilk Ordu Günü – Bu dəfə azad edilmiş torpaqlarda
Hazırda oxunan: Qalib ölkənin ilk Ordu Günü – Bu dəfə azad edilmiş torpaqlarda
Hazırda oxunan: Qalib ölkənin ilk Ordu Günü – Bu dəfə azad edilmiş torpaqlarda
26044
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.