Vaksinlər ölkəmizə ən tezi yanvar-fevral ayında gətiriləcək, əhalinin məsuliyyətsiz davranışı isə buna qədər COVID-19-a yoluxma sayını daha da arta bilər.
Bunu Bizim.Media-ya müsahibəsində professor, pulmonololq Əlizamin Sadıqov bildirib.
O qeyd edib ki, Avropada əldə olunan peyvənd dekabr ayında ölkələrdə tətbiq olunacaq.
Vaksinlər ölkəmizə gətirilənə qədər isə yoluxma sayı arta bilər.
Yoluxma sayındakı rəqəmlərdə kəskin fərqə münasibət bildirən həkim qeyd edir ki, gündəlik yoluxma sayındakı kəskin dəyişkənlik həmin gün insanların xəstəxanalara müraciətindən asılı olur.
“Azərbaycanda bir gün 635, ondan 2 gün sonra 1622 yoluxma sayı qeydə alınır."
Çox dəyişmənin səbəbi müxtəlif günlərdə müxtəlif sayda insanların müraciət etməsidir. Biz skrinninq diaqnostika aparmırıq ki, 10 min insanın üzərində test edək.
Xəstəliyi yalnız müraciətə görə aşkarlayırıq. İnsanların isə çoxu bunu gizlədir”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev qeyd edir ki, test sayı nə qədər artarsa, testin pozitiv çıxması o qədər yüksək olur: “Bəzən yoluxma sayının az olduğunu görürük, amma həmin günlərdə test sayı daha aşağı olur. Testlərin təxminən 10 faizi pozitiv çıxır. Test sayı 10 min olanda yoluxma sayı 1000, 12 min olanda təxminən 1200 olur”.
TƏBİB rəsmisi yoluxma sayının daha da artacağını deyir: “Yaralı döyüşçülərə baş çəkilməsi, şəhidlərin dəfn mərasimləri insanların yığışmasına səbəb olacaq. Koronaviruslu insanların bu cür mərasimlərə gəlməmələri tövsiyə olunur. Ən azından bunu gizlətməməli və insanlara bildirməlidirlər. Bu cür torplanışlara görə xəstəliyə yoluxma sayı yenidən artacaq. Hazırki durum da heç yaxşı deyil”.
Həkim qeyd edir ki, iy və dadbilmənin olmaması yoluxmadan şübhələnməyə əsas verir:
“ Elə adamlar var ki, qızdırma bir gün olur, yaxud olmur. Qızdırma olmadan iy və dadbilmə itibsə, həmin şəxs mütləq koronavirus testindən keçməlidir. Çünki onlar daha çox risk qrupuna aiddir”.
Təranə Mirzəyeva, Bizim.Media
- A-
- A
- A+
COP29
19:45 / 13.11.2020
Azərbaycanda COVİD-19-a yoluxmalar gizlədilir
Hazırda oxunan: Azərbaycanda COVİD-19-a yoluxmalar gizlədilir
Hazırda oxunan: Azərbaycanda COVİD-19-a yoluxmalar gizlədilir
2603
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.