Avro-2020-nin qrup mərhələsinin sonuncu turunda keçirilən Slovakiya - İspaniya matçının (0:5) ən yaxşı oyunçusu müəyyənləşib.
Bizim.Media UEFA-nın saytına istinadən saytına istinadən xəbər verir ki, bu, İspaniya millisinin üzvü Serxio Busketsdir. "Barselona"nın yarımmüdafiəçisi sözügedən qarşılaşmada qol vurmasa da, 44 düzgün ötürmə verib.
Onun hücumda və müdafiədə komandaya tarazlıq gətirdiyi bildirilib.
Qeyd edək ki, Buskets koronavirus səbəbindən Avro-2020-nin qrup mərhələsinin ilk 2 oyununu buraxmışdı.
Bizim.Media