3-cü doza ilə bağlı Operativ Qərargah rəsmisindən AÇIQLAMA - VİDEO 

Hazırda oxunan: 3-cü doza ilə bağlı Operativ Qərargah rəsmisindən AÇIQLAMA - VİDEO 

25950

Ölkəmizdə hələlik üçüncü doza peyvəndinin tətbiq olunmasına ehtiyac yoxdur. 

Bizim.Media xəbər verir ki, bunu “ARB 24”ün “Xəbərlər” proqramına açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Rəşad Mahmudov deyib. 

“Bu gün üçün dünyada üçüncü doza peyvəndi geniş tətbiq edən hər hansı ölkə olmadığı üçün bu haqda fikir ortaya qoymaq doğru olmaz.
 

MÖVZU İLƏ BAĞLI:

“Vaksindən sonra çimməmək məsələsi yanlışdır” - TƏBİB


Amma istər səhiyyə ocaqlarımız, istər bu siyasəti həyata keçirən qurumlar, eləcə də Operativ Qərargah həm ölkəmizin, həm də dünyada var olan təcrübələrin, ən başda da ÜST-ün tövsiyələrinə uyğun şəkildə addım atır.

Əminəm ki, gələcəkdə ehtiyac olduğu halda Azərbaycan səhiyyə sistemi də üçüncü doza məsələsini həyata keçirəcək. Amma bu gün üçün buna hər hansı bir ehtiyac duyulmur”, - deyə o bildirib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin