Köçəryan niyə Xankəndini seçdi? – “Qarabağlılar” və “İrəvanlılar” döyüşə hazırlaşır

Hazırda oxunan: Köçəryan niyə Xankəndini seçdi? – “Qarabağlılar” və “İrəvanlılar” döyüşə hazırlaşır

25923

Ermənistanda keçirilən 20 iyun parlament seçkiləri bir çox məsələlərin həllinə nail olmağa imkan versə də, bəzi problemləri də özü ilə birlikdə gətirməyi bacarıb. 

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin xaosun sonunu gətirməyəcəyi əvvəlcədən proqnozlaşdırılırdı. Böhranın mərkəzinin isə İrəvan və ya Zəngəzur (Robert Köçəryanın qələbəsinə əmin gözü ilə baxıldığı ərazilər) olacağı güman edilirdi. Lakin narazılıq səsləri gözlənilmədən Qarabağdan yüksəldi. Özü də birbaşa Nikol Paşinyana yox, Arayik Arutyunyana qarşı.

Məğlubiyyətlə barışa bilməyən Köçəryan

Vətən Müharibəsindəki uğursuzluqdan sonra, seçkilərdə Nikol Paşinyana məğlub olaraq, həzm edə bilməyəcəyi ikinci məğlubiyyəti dadan Robert Köçəryanın hələ yaxın müddətdə də özünə gələ biləcəyi inandırıcı görünmür.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda yeni parlament nə vaxt formalaşacaq? – DETALLAR MƏLUM OLDU


Media resurslarına və ən böyük dəstəkçisi olan Rusiyadakı erməni diasporasına rüşvətlə yığdığı milyonlarını pay etməsinə baxmayaraq, biabırçı fərqlə uduzan Köçəryanın son açıqlamaları onun parlamentdə oturmayacağının da siqnallarını verib.

Belə olan halda isə “Qarabağ klanı”nın lideri revanşizmini bu dəfə öz xalqına qarşı yönəltmək qərarına gəlib.

Doğulduğu “Stepanakert”də yaşayan ermənilər arasında nüfuzu çox böyük olan Köçəryanın, anti-Paşinyan əməllərinə buradan başlaması heç də təsadüfi deyil. İlk növbədə, Ermənistanın bütün bölgələrində Paşinyanın səs çoxluğu əldə etməsi, Robertə başqa seçim imkanı buraxmayıb.

İkinicisi isə Nikolun əlinin çatmaması, eyni zamanda bölgədə sabitliyi təmin edəcək qüvvənin Köçəryanın uzun illər sadiq nökərlik etdiyi şimal qonşumuz olması, revanşistlərin məhz burada qol-qanad açmasına səbəb  olub. 

“Günah keçisi” 

Nikol Paşinyanın Qarabağdakı adamı hesab olan Arayik Arutyunyan, ən azı “xaç atası” qədər ağılsız seçimləri ilə fərqlənməyi bacaran biridir. Xankəndi camaatını meydana çağıran və bununla birlikdə Qarabağ ermənilərinin azərbaycanlılardan daha çox nifrət etdiyi Paşinyanla fotolar paylaşmağı da unutmayan Arayikdən daha yaxşı hədəf, yəqin ki, tapıla bilməzdi. 

Bəs, Xankəndində başlamış mitinqlər Ermənistana keçəcəkmi?

Köçəryanın seçkisonrası anti-Paşinyan təbliğatına Ermənistanda davam edəcəyi ehtimalı heç də az deyil.
 

Lakin Robertin istədiyi nəticəni qazana biləcəyi inandırıcı görünmür. Çünki təşkilatlanmağa başlamaq üçün Ermənistanda  Köçəryanın nüfuzunun Paşinyandan daha yüksək olduğu heç bir bölgə yoxdur. Bu səbəbdən də, yeni hökumətə qarşı görüləcək tədbirlərin lokal miqyasda olacağı və böyük qarşıdurmalara gətirib çıxaramayacağı proqnozlaşdırıla bilər.


Əvəzində isə Köçəryanın planlarına Xənkəndində davam edəcəyi daha real görünür. Çünki orada bütün şərtlər məhz Robertin xeyrinədir. 

“Qarabağ” klanı liderinin məqsədinə nail olması isə, onsuzda parçalanmış erməni xalqının iki toplumunu üz-üzə qoyacaq. Hələ Birinci Qarabağ Müharibəsi dövründən Ermənistan ermənilərinin sevmədikləri və zaman keçdikcə faciələrinin günahkarı olaraq görməyə başladıqları Qarabağ erməniləri ilə toqquşmaları isə yaxın görünür...

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin