Ermənistanda yeni parlament nə vaxt formalaşacaq? – DETALLAR MƏLUM OLDU

Hazırda oxunan: Ermənistanda yeni parlament nə vaxt formalaşacaq? – DETALLAR MƏLUM OLDU

25921

“Ermənistan” bloku növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı Konstitusiya məhkəməsinə müraciət etməyi qərara alıb.

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, seçki kodeksinə görə MSK seçkilərdən 7 gün sonra səsvermənin yekunları ilə bağlı protokol, məhkəmə işləri, şikayətlər, pozuntular əsasında nəticələr haqqında qərar qəbul etməlidir.

Ermənistan seçki koideksinin 101-ci maddəsinə görə, MSK-nın qəbul etydiyi qərarın tanınmaması kimi iddiaların Konstitusiya məhkəməsinə son təqdim olunma tarixi nəticələrin elan olunanandan sonrakı 5-ci gün saat 18:00-dır.  
 

MÖVZU İLƏ BAĞLI:

''Ermənistanın yeni hökumətini bizim partiya quracaq'' - Paşinyan  


Konstitusiya Məhkəməsi haqqında qanunun 77-ci maddəsinə görə, məhkəmə 15 gündən gec olamayaraq mövcud müraciətlər barədə qərar qəbul etməlidir. 

Parlament seçkilərinin nəticələri əsasında Konstitusiya məhkəməsi bu qərarlardan birini qəbul edir:

“Parlamant seçkilərininin nəticələri ilə əlaqədar qəbul olunan qərarı qüvvədə saxlamaq
Qərarı yanlış saymaq və

a)  seçki nəticələrininin səhv olduğunu qəbul etmək

b)  seçki nəticələrinin yanlışlığını tanıyıb mandatların siyahısını müəyyənləşdirmək

Konstitusiyaya görə, yeni seçilən Milli Şuranın səlahiyyət müddəti seçilən parlamentin formalaşmasından sonra başlayır.

İlk iclas isə yeni seçilən Milli Şuranın formalaşdırılmasından sonra, ikinci bazar ertəsi saat 10:00-da çağırılır. Bunu da MSK elan edir. 

Yeni seçilən Milli Şuranın formalaşdırılmasının Konstitusiya məhkəməsinin qərarından əvvəl, yaxud sonra reallaşacağı isə yaxın günlərdə bəlli olacaq. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin