Rusiya Federasiyası və Azərbaycan Xarici İşlər Nazirləri – Sergey Lavrov və Ceyhun Bayramov telefonla danışıblar.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat Rusiya Federasiyanın Xarici İşlər Nazirliyinin saytında yer alıb.
Mənbə yazır ki, telefon danışığında tərəflər xüsusilə humanitar problemlərin həlli ilə bağlı Qarabağ bəyanatının həyata keçirilməsini müzakirə ediblər.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ! - Azərbaycan XİN-də mühüm görüş - VİDEO
Lavrov vurğulayıb ki, Qarabağla bağlı üçtərəfli işçi qrupu bölgənin münaqişədən sonrakı inkişafına mühüm töhfə verəcək.
Nazirlər, həmçinin ikitərəfli münasibətlərin aktual məsələlərini, regional və beynəlxalq gündəmləri müzakirə ediblər.
Hər iki nazir məmnunluqla qeyd edib ki, yeni koronavirus infeksiyasının mənfi təsirinə baxmayaraq, çoxşaxəli Rusiya-Azərbaycan münasibətləri uğurla inkişaf edir, ticarət-iqtisadi qarşılıqlı əlaqə artır.
Buna Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 19-cu iclasının qərarları, habelə Baş nazir Əli Əsədovun Rusiya Federasiyasına son rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların tətbiqi böyük dərəcədə kömək edir.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli, xüsusən də Dağlıq Qarabağdakı humanitar problemlərin həllinə dair razılaşmalarının həyata keçirilməsi kontekstində bir sıra mövzulara da toxunulub.
Xarici işlər nazirlikləri arasında gələcək əlaqələr barədə də razılığa gəlinib.
Bizim.Media