Lənkəranda arvadını öldürməyə cəhd edən kişiyə HÖKM OXUNDU

Hazırda oxunan: Lənkəranda arvadını öldürməyə cəhd edən kişiyə HÖKM OXUNDU

259177

Lənkəran Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Ehtibar Nəhmətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Nəhmətov 15 il azadlıqdan məhrum edilib.

Hadisə bu il fevralın 6-sı saat bir radələrində, rayonun Şilavar kəndində baş verib.

Kənd sakini Ehtibar İbrahim oğlu Nəhmətov şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı üzərindəki bıçaqla arvadı - 1978-ci il təvəllüdlü Təranə Qurbanəli qızı Nəhmətovaya çoxsaylı xəsarətlər yetirərək onu öldürməyə cəhd edib.

Hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı Ehtibar Nəhmətov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin