İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul etdi - YENİLƏNİB

Hazırda oxunan: İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirini qəbul etdi - YENİLƏNİB

25902

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrini qəbul edib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu və uğurla inkişaf etdiyi qeyd olundu, beynəlxalq təsisatlar çərçivəsində və ikitərəfli səviyyədə ölkələrimizin bir-birini dəstəkləməsi məmnunluqla vurğulanıb.

Söhbət zamanı iqtisadi əlaqələrə toxunularaq, bu sahədə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə ixracın artdığı qeyd edilib.

Eyni zamanda, qarşıdakı illərdə tərəfdaşlıq əlaqələrimizin ruhuna uyğun olaraq yeni investisiya imkanlarının müəyyən edilməsi, ticarət dövriyyəsinin artırılması və biznes əlaqələrinin genişləndirilməsi istiqamətində işlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marrini qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin