20 yaşlı gənc qəzada HƏYATINI İTRDİ

Hazırda oxunan: 20 yaşlı gənc qəzada HƏYATINI İTRDİ

258748

Lənkəran rayonunda gənc sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında Lənkəran-Lerik avtomobil yolunun Darquba kəndi yaxınlığında baş verib.

Lənkəran şəhərində yaşayan, 2005-ci il təvəllüdlü Ülvi Firdovsi oğlu Vəlizadə idarə etdiyi "Azsamand" markalı minik maşını ilə Lerik istiqamətində hərəkətdə olarkən sükan arxasında nəzarəti itirib və yolun kənarında park edilmiş yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Hadisə yerinə dərhal FHN və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilas edilərək Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Ağır vəziyyətdə olan Ü.Vəlizadə reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin bütün səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun cəsədi tibbi ekspertiza üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran bölgə şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin