"Azərbaycan ilə Ermənistan arasında 15 erməninin mina xəritələri müqabilində dəyişdirilməsini yüksək qiymətləndiririk.
Münaqişə bölgəsindən olan bir şəxs kimi deyə bilərəm ki, minaların fəsadları 50 il, bəzən daha uzun davam edir, uşaqların, günahsız insanların həyatına son qoyur".
Bizim.Media xəbər verir ki, bu fikirləri Avropa Şurası Parlament Assambleyasının sessiyası çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç erməni millət vəkili Tatevik Ayrapetyanın "hərbi əsirlər" lə bağlı sualına cavab olaraq bildirib.
MÖVZU İLƏ BAĞLI:
Avropa Şurasının rəhbəri Paşinyanı təbrik etdi: “Qarabağ münaqişəsinin …”
"Əlbəttə, saxlanılan şəxslərin taleyi hər kəs üçün narahatlıq doğurur. Amma minalanmış ərazilərin xəritələrinin alınmasının və bu ərazilərdəki minaların məhv edilməsinin vacibliyini unutmamalıyıq, Bu xəritələrin verilməsi və minaların təmizlənməsi insanların öz evlərinə qayıtmasını sürətləndirəcək.
Buna görə də mən tərəflər arasında həyata keçirilmiş bu razılaşmanı dəstəkləyirəm və gələcəkdə də bu cür razılaşmaların olacağına ümid edirəm", - deyə Baş katib bildirib.
Bizim.Media