Toylar 1,2 milyard manatlıq əlavə dövriyyə yaradacaq – Bu məhsullar bahalaşacaq

Hazırda oxunan: Toylar 1,2 milyard manatlıq əlavə dövriyyə yaradacaq – Bu məhsullar bahalaşacaq

25799

Bu ilin iyulun 1-dən toylara icazə verilməsi aylıq dövriyyəsi 100 milyon manatdan artıq olan biznes sektorunun canlanmasına səbəb olacaq. Toy, əyləncə, nişan, ad günləri və digər bu kimi tədbirlərin keçirilməsinə şərait yaradılması həm məşğulluq, həm ərzaq və geyim bazarında, həm də bir çox pullu xidmət sahəsində tələbin güclənməsi ilə nəticələnəcək.

Bizim.Media Sfera.az-a istinadla bildirir ki, Azərbaycanda restoran və şadlıq sarayı kimi fəaliyyət göstərən hüquqi şəxs statuslu 2500-dən bir qədər çox kommersiya müəssisəsi var.

Hər müəssisədə orta hesabla faktiki 30 nəfərin çalışdığını ehtimal etsək, bu sahədə ümumilikdə 75 min insanın məşğulluğunun təmin edildiyi aydınlaşar. 

Toylara icazələrin verilməsi həmin sahələrdə minlərlə insana məşğulluq imkanı yaradacaq. Şənliklərin keçirilməsi iqtisadi dövriyyəni böyüdəcək. 

Hər toyda orta hesabla 150 nəfərin iştirak etdiyini və bir nəfərə görə orta hesabla 30 manatın xərcləndiyini ehtimal etsək, yalnız şadlıq evlərinin sayəsində aylıq dövriyyə 45-50 milyon manat artacaq. 

Lakin iqtisadi dövriyyə sadəcə məşğulluq və xidmət satışı ilə bağlı artmayacaq. Toyların və digər şənliklərin keçirilməsi əlaqəli sahələrdə də iqtisadi dövriyyəni genişləndirəcək. 

Şənliklər ərzaq bazarında bəzi məhsullara olan tələbi ciddi səviyyədə artıracaq.

Bir toyda 50-80 kq tərəvəzdən istifadə edilir ki, bu da aylıq 600 ton, illik 7200 ton əlavə tərəvəz istehsalı deməkdir. Bazar qiymətləri ilə götürdükdə tərəvəz istehsalının həcmində aylıq 1,5-2 milyon manatlıq artım proqnozlaşdırmaq olar. Bu siyahıya spirtli və spirtsiz içkiləri, meyvələri də daxil etsək, adıçəkilən sahələrdə dövriyyə 2-3 milyon manat artım göstərəcək. 

Toyların ciddi iqtisadi dövriyyə yaradacağı sahələrdən biri də geyim sektorudur. 

Gül, bəzək əşyalarının satışı, müxtəlif şouların təşkili xidməti və digər alaqəli sahələri də diqqətə aldıqda toylara və digər şənlik mərasimlərinin keçirilməsinə imkan yaradılması ayda əlavə 100 milyon manatlıq, illik 1,2 milyard manatlıq dövriyyənin formalaşmasına səbəb olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin