La Figaro: "Ermənistan 92-ci ildə Rusiyadan dəstək aldığı üçün qalib gəlmişdi"

Hazırda oxunan: La Figaro: "Ermənistan 92-ci ildə Rusiyadan dəstək aldığı üçün qalib gəlmişdi"

2576

Ermənilər Azərbaycan Prezidentinin “Mən onları öz torpaqlarımızdan iti qovan kimi qovdum” ifadəsindən bərk inciyiblər.

Fransada yaşayan erməni əsilli politoloq Kristian Makaryan Azərbaycan və Ermənistan arasında bağlanan atəşkəs sazişini şərh edərkən “La Figaro” nəşrində bu haqda yazıb

“Azərbaycan və Ermənistan arasında bağlanan atəşkəs sazişindən sonra Prezident İlham Əliyev öz xalqına müraciətində “Mən onları öz torpaqlarımızdan iti qovan kimi qovdum” fikirlərini səsləndirib. Onun bu sözləri 1992-1994-cü il müharibəsindən sonra Qarabağ torpaqlarını və yeddi qonşu bölgəni Azərbaycandan geri almış ermənilərə qarşı 27 sentyabrda Azərbaycan təcavüzünün başlanğıcında səsləndirdiyi təhdidin təkrarı idi”. 

Fransız- erməni politoloqun sərsəm fikirləri arasında dili dolaşıb bəzən həqiqətləri də söyləyib:

“Ermənilər 1992-1994- ci illərdə Rusiyadan dəstək aldıqları üçün bu müharibədə qalib gəlmişdi. Bu dəfə də onlar belə bir ittifaqın davamlılığına inanırdılar. Lakin Vladimir Putin strateji prioritetləri dəyişdirdi və Azərbaycanı dəstəklədi. Ermənistana isə yalnız siyasi xəritədən silinməyəcəyinə dair bir zəmanət verdi”.

Politoloq Markaryan erməni məkrini işə salaraq Qərbi Rusiyaya qarşı qızışdırmağa da cəhd edib:

“Rusiya indi Qafqazın tam hakimidir, onun üç respublikanın hamısında bu və digər formada hərbi kontingenti var. Qərb isə Qafqazın itirilməsi ilə razılaşır və buna hələ də dözür”.

Öz fikirlərini addımbaşı təkzib edən Markaryan ardınca Türkiyənin Qafqazda hegemonluq edəcəyini bildirir: 

“Türkiyənin Rusiya ilə "ortaq bir mərkəz çərçivəsində atəşkəsə birlikdə nəzarəti həyata keçirəcəyini" elan etməsi Putinin Ərdoğanı Qafqaza buraxması deməkdir. Bu müharibə Ərdoğanla Putinin şəxsi maraqlarına xidmət edirdi”. 

Sonda erməni politoloq artıq hakimiyyətini təhvil verməkdə olan ABŞ prezidentinin də bostanına daş atıb: 

“Qarabağ məsələsi kifayət qədər başqa problemləri olan Qərb ictimaiyyətini çox da narahat etmir. Tramp hiyləgər siyasəti ilə Ərdoğana tam sərbəstlik verməsəydi, o, bu şəkildə davrana bilməzdi”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin