İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib.
Bizim.Media xəbər verir ki, 41 ölkənin qatıldığı yarışın beşinci günündə Azərbaycan millisinin 3 üzvü yarımfinal uğrunda mübarizə aparıb.
İlk görüşdə Uça Jorjolianiyə (Gürcüstan), ardınca Maqomed Şamsayevə (Rusiya) qalib gələn Ruslan Rüstəmov 1/4 finalda David Gevorqyanla (Almaniya) üz-üzə gəlib.
64 kq çəki dərəcəsində mübarizə aparan boksçu gərgin keçən döyüşdə erməni əsilli rəqibini 3:2 (29:27, 28*:28, 27:29, 26:30, 29:27) hesabı ilə məğlub edib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.
Rüstəmov finala vəsiqə üçün israilli Ahmad Ştivi ilə qarşılaşacaq. Görüş iyunun 22-də olacaq.
Ondan fərqli, Maqsud Xasmetov (56 kq) rusiyalı Aleksey Kiselyevə 2:3 (29:28, 28:29, 27:30, 27:30, 29:28), Mirəşrəf Kazımzadə (75 kq) ukraynalı Boqdan Tolmaçova 1:4 (30:27, 27:30, 27:30, 28:29, 27:30) hesabı ilə məğlub olaraq, medalın bir addımlığında büdrəyib.
Qeyd edək ki, yarışda final görüşləri iyunun 24-də olacaq. 320 000 ABŞ dollar mükafat fondu olan çempionatın qalibi 8 000, gümüş medalçısı 4 000, 3-cü yerin sahiblərinin hərəsi 2 000 ABŞ dolları qazanacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:24 / 22.06.2021
Boksçumuz erməniyə qalib gəldi – Yarımfinalda döyüşəcək
Hazırda oxunan: Boksçumuz erməniyə qalib gəldi – Yarımfinalda döyüşəcək
Hazırda oxunan: Boksçumuz erməniyə qalib gəldi – Yarımfinalda döyüşəcək
25721
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.