Ceff Bezosun Yer kürəsinə buraxılmasını istəmirlər

Hazırda oxunan: Ceff Bezosun Yer kürəsinə buraxılmasını istəmirlər

25706

Dünyanın ən varlı adamı və "Amazon"un yaradıcısı Ceff Bezosun kosmosa uçduqdan sonra Yer kürəsinə buraxılmaması haqda ərizələr yazılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "İnsider" nəşri məlumat yayıb.

Vətəndaşlar bildirib ki, "Amazon" və "Blue Origin" şirkətlərinin təsisçisi Bezos dünyanı idarə etmək niyyətindədir. ABŞ hakimiyyəti isə onun istəklərini həyata keçirməsinə əngəl yaratmır. Ərizələrdə yazılanlara görə, vətəndaşlar Cefflə yanaşı dünyadakı milyarderlərin də Yer kürəsində olmasından narazıdır.

Hazırda 60 min nəfərə yaxın şəxs milyarderin kosmosa uçduqdan sonra dünyaya qayıtmasını istəmir.

Qeyd edək ki, milyarder Ceff Bezos iyulun 20-də qardaşı ilə birlikdə "Shepard" kosmik gəmisi ilə kosmosa uçmağı planlaşdırır. Gəmidə üçüncü şəxs üçün bilet isə hərracda 28 milyon dollara satılıb. Həmin məbləği ödəyən vətəndaşın adı isə hələlik açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin