Vaksinasiya ilə bağlı bilinən yanlışların doğru cavabları - VİDEO

Hazırda oxunan: Vaksinasiya ilə bağlı bilinən yanlışların doğru cavabları - VİDEO

25684

Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirir. Qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə — vaksinasiyaya yönəltməkdir. 

Bizim.Media xəbər verir ki, kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Ölkədə peyvənd olunanların sayı açıqlandı 


Kampaniya çərçivəsində paylaşılan sosial media məzmunu peyvənd haqda dolaşan yanlış fikirlərə aydınlıq gətirmək məqsədilə hazırlanıb.

Burada şərti obrazlar doğru və yanlışı təcəssüm etdirirdilər. Buna görə də onların adı müvafiq olaraq “Həqiqət” və “Əfsanə” olaraq seçilib. Vaksinasiya ətrafında gedən söhbətləri sadə və yaradıcı yolla izah edə bilmək əsas hədəf kimi düşünülüb.

Qeyd etmək yerinə düşər ki, bu məzmun “Peyvənd olunaq — darıxdığımız həyatı qaytaraq” şüarı altında həyata keçirilən təbliğat kampaniyasının bir hissəsi idi.

Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılərıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin