BMT-nin önündə Kəlbəcərdə minaya düşən jurnalistlər yad edildi - FOTO

Hazırda oxunan: BMT-nin önündə Kəlbəcərdə minaya düşən jurnalistlər yad edildi - FOTO

25665

Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin üzvü, Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnlinin təşkilatçılığı ilə mina partlayışında həlak olmuş azərbaycanlı jurnalistlərin yad edilməsi ilə əlaqədar Nyu-York şəhərində silsilə aksiyalar keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, BMT-nin mənzil qərargahı, NBS Studios və "Associated Press" kimi nüfuzlu media qurumlarının inzibati binaları qarşısında təşkil edilmiş sərgilərin məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun, eləcə də yerli məmurun mina partlayışı nəticəsində həlak olmasına, Ermənistanın hərbi cinayətləri davam etdirməsinə və mina xəritələrini verməkdən imtinasına diqqəti cəlb etmək olub.

Sərgilərdə jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterlər nümayiş etdirilib.

Posterlərdə "Mina xəritələrini verin!", "Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri", "Ermənistan qanunlara əməl etmir", "Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir!", "Bizi minalardan xilas edin!" kimi şüarlar nəzərə çatdırılıb.

Tədbir zamanı yerli sakinlərə rəsmi İrəvanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə geniş məlumat verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin