“Ölkə Prezidenti 245 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi ilə bağlı sərəncamlar imzalayıb".
Bizim.Media-nın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov feysbuk səhifəsində qeyd edib.
Onun sözlərinə görə, sərəncamların icrası ilə bağlı Dövlət Miqrasiya Xidmətində və regional miqrasiya idarələrində andiçmə mərasimləri keçirilib:
"Prezident İlham Əliyevin sərəncamı ilə həmçinin Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etmək istəyini bildirən 11 nəfər Vətən müharibəsinin iştirakçılarının, şəhid və qazi ailələrinin yaxın üzvləri də vətəndaşlığa qəbul edilib. Şəhidlərimizin əziz ruhuna dərin ehtiramımızı bildirir, qazilərimizə möhkəm can sağlığı arzu edirik. Bütün yeni vətəndaşlarımızı təbrik edirik".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:21 / 21.06.2021
11 qazi və şəhidin ailə üzvləri Azərbaycan vətəndaşlığına qəbul edildi - FOTO
Hazırda oxunan: 11 qazi və şəhidin ailə üzvləri Azərbaycan vətəndaşlığına qəbul edildi - FOTO
Hazırda oxunan: 11 qazi və şəhidin ailə üzvləri Azərbaycan vətəndaşlığına qəbul edildi - FOTO
25654
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.