Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə iyunun 18-də rayon ərazisindəki hostellərin birindən orada müvəqqəti yaşayan əcnəbi vətəndaşın içərisində 100 manat, 50 avro məbləğində pul, 3 bank kartı olan pulqabısının, 2 mobil telefonunun və qulaqcığının oğurlanması barədə məlumat verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini E.Cambazov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:20 / 19.06.2021
Bakıda əcnəbi vətəndaşın pullarını oğurladılar
Hazırda oxunan: Bakıda əcnəbi vətəndaşın pullarını oğurladılar
Hazırda oxunan: Bakıda əcnəbi vətəndaşın pullarını oğurladılar
25422
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.