Fransa gələn həftə Moskvada, daha sonra BMT-də Dağlıq Qarabağla bağlı ATƏT-in Minsk qrupu iclaslarında iştirak edəcək.
Bizim.Media istinadən bildirir ki, bu barədə Fransa Xarici işlər naziri Jan-İv Le Drian Senatda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsin olması yaxşı xəbərdir, lakin ona tam şəkildə əməl edilməlidir.
Onun sözlərinə görə, "indi əldə edilmiş razılaşmalar əsasında münaqişənin həllinə doğru irəliləmək lazımdır.
Nazir bildirib ki, Minsk qrupa Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Michael Pompeo və Jan-İv Le Drian özü həmsədrlik edir. (Trend)
Bizim.Media
- A-
- A
- A+
Siyasət
22:25 / 12.11.2020
Fransa Qarabağla bağlı iclasda iştirak edəcək
Hazırda oxunan: Fransa Qarabağla bağlı iclasda iştirak edəcək
Hazırda oxunan: Fransa Qarabağla bağlı iclasda iştirak edəcək
2536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.