Yəməndə 3 ayrı cinayət hadisəsi üzrə edam hökmləri icra olunub.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, 40 yaşlı Əli əl-Nami, 38 yaşlı Abdullah Əl-Məxali və 33 yaşlı Məhəmməd Ərman uşaqları gənc yaşlarında qətlə yetirdikləri üçün edam ediliblər.
Yerli məhkəmənin qərarı ölüm hökmü açıq havada və insanların gözü qarşısında icra olunub.
Məhbuslardan Əl-Nami arvadı ilə mübahisə etdikdən sonra üç qızını su anbarına ataraq boğmaqda təqsirli bilinib.
Digər məhbus Əl-Məxalinin yetkinlik yaşına çatmayan uşağa təcavüz etməsi və onu öldürməsi sübuta yetirilib. Sonuncu məhbus Məhəmməd Ərman da oğlan uşağına təcavüzdə və qətldə mühakimə edilib.
Məhkumlar təhlükəsizlik işçiləri tərəfindən paytaxt Sənada yerləşən "Təhrir" meydanında odlu silahdan açılan atəşlə edam olunublar.
Bizim.Media
- A-
- A
- A+
Region
22:00 / 18.06.2021
Qızlarını öldürən, oğlan uşağına təcavüz edən şəxslər edam edildi - FOTO (18+)
Hazırda oxunan: Qızlarını öldürən, oğlan uşağına təcavüz edən şəxslər edam edildi - FOTO (18+)
Hazırda oxunan: Qızlarını öldürən, oğlan uşağına təcavüz edən şəxslər edam edildi - FOTO (18+)
25348
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.