Əhalinin əsas qazanc mənbələri hansılardır? - TƏSNİFAT

Hazırda oxunan: Əhalinin əsas qazanc mənbələri hansılardır? - TƏSNİFAT

25312

Azərbaycanda əhalinin cəmi 19 faizinin gəlirirləri dövlət sektorunda muzdlu işdən daxil olur.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən 2020-ci il üzrə təsnifatlandırılan əhalinin gəlir mənbələrinin siyahısını təqdim edir:
    
Dövlət sektorunda muzdlu iş – 19 faiz

Özəl sektorda muzdlu iş - 6.7 faz

Pensiya - 17.2 faiz 

Təqaüd - 0.4 faiz

Sosial müavinətlər – 0,8 faiz faiz

Himayədə - 23.6 faiz

Ölkə xaricindən göndərilən pul - 0.4 faiz

Ünvanlı sosial yardım - 0.1 faiz 

Digər mənbələr – 0,1 faiz

Qeyd edək ki, siyahıda əhalinin gəlir mənbələri olaraq 

kənd təsərrüfatında muzdlu iş; sahibkarlıq, kommersiya və s; öz təsərrüfatında işləyir, peşəsi üzrə sərbəst fəaliyyət;

xüsusi şəxs yanında iş kimi bəndlər yer alsa da, onların əhalinin cəmi gəlir mənbələri arasında neçə faiz təşkil etdiyi açıqlanmayıb.

Siyahıda həmçinin 2020-ci ildə verilən işsizlik üzrə müavinətlərin də əhalinin cəmi gəlirləri arasında neçə faiz təşkil etdiyi açıqlanmayıb.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin