Tahir Mirkişili: “Təhsil Tələbə Krediti ilə bağlı yeni qanunvericilik aktı üzərində iş gedir”

Hazırda oxunan: Tahir Mirkişili: “Təhsil Tələbə Krediti ilə bağlı yeni qanunvericilik aktı üzərində iş gedir”

25303

Təhsil Tələbə Krediti Fondunu maliyyələşdirmək üçün 2021-ci ilin dövlət büdcəsində 80 milyon manat nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Tahir Mirkişili sosial şəbəkə hesabında qeyd edib.

Onun sözlərinə görə, məsələ ilə bağlı yeni qanunvericilik aktı üzərində də intensiv iş gedir. 

Qeyd edək ki, iyunun 17-də Prezident İlham Əliyev "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" fərman imzalayıb. 

Fərmana əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Təhsil Tələbə Krediti Fondu” yaradılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin