Nazirlik Suriyadan gətirilən 6 qadın və 14 uşaqla bağlı XƏBƏR YAYDI

Hazırda oxunan: Nazirlik Suriyadan gətirilən 6 qadın və 14 uşaqla bağlı XƏBƏR YAYDI

25291

Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan, 6-sı qadın, 14-ü uşaq olan Azərbaycan vətəndaşları vətənə repatriasiya olunduqdan sonra onların reablitasiya və reinteqrasiya işləri həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycan Hökuməti tərəfindən görülmüş mərhələli tədbirlərin davamı olaraq, həmin şəxslər reablitasiya proqramına cəlb ediliblər.

Onların reabilitasiyası fərdi plan əsasında Sosial Xidmətlər Agentliyinin sosial işçiləri və psixoloqları tərəfindən aparılır. Reablitasiya və reinteqrasiya tədbirləri aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin