Sabiq millət vəkili, politoloq Ceyhun Osmanlı İkinci Qarabağ savaşında əldə etdiyimiz uğurlu hərbi-diplomatik nəticələr, üçtərəfli sülh bəyanatının mahiyyəti və bölgədəki proseslərin gələcək inkişafı ilə bağlı mütləq çoxluğu narahat edən suallarıcavablandırıb.
Bizim.Media Ceyhun Osmanlının öz Facebook səhifəsində gündəm suallarına verdiyi həmin cavabları oxuculara təqdim edir.
- Xankəndidə hansı bayraq dalğalanacaq?
- Azərbaycan bayrağı
- Xocalıda hansı pasport işləyəcək?
- Azərbaycan pasportu
-Xocavənddə hansı banklar, mobil operatorlar işləyəcək?
- Azərbaycan bankları, mobil operatorları
- Orda yaşamış Ermənilər qayıtsa necə yaşamalıdır?
- Azərbaycan pasportu və Azərbaycan qanunları ilə
- Azərbaycanın hər yerinə rahat səfər edə biləcəyikmi?
- Edəcəyik
- Dağlıq Qarabağda yaşamış ermənilərə status veriləcəkmi?
- Verilməyəcək
- Türklər Qarabağa gələcəkmi?
- Gələcək
- İnzibati idarəetmə kimdə olacaq?
- Azərbaycanda
- Başqa ölkənin sülhməramlılarının Azərbaycanda yerləşməsi üçün ürəyimiz gedirdimi
- Getmirdi
- Azərbaycanın ərazi bütövlüyü naminə 1960 nəfəri 5 il qonaq saxlaya bilərikmi?
- Bilərik
- Rusiya sülhməramlıları üçün əsas prinsip nə olacaq?
- Beynəlxalq hüquq
- Beynəlxalq hüquq nəyi dəstəkləyir?
- Azərbaycanın ərazi bütövlüyünü
- Ermənilər şərtləri yerinə yetirməsə nə olacaq?
- Rusiya və Türkiyə onları zorla qovacaq. Onlar qovmasa nə olacaq? Özümüz qovacağıq.
- Ruslar ədalətli monitorinq aparmasa işə kim qarışa bilər?
- Azərbaycan və Türkiyə
- Zəngilandan Ermənistan ərazisi vasitəsilə yaradılacaq koridordan keçib Naxçıvana gedərkən başımıza bir iş gəlsə buna kim cavabdehdir?
- Rusiya
- Bir dəfə gəlmiş Rus sülhməramlıların Azərbaycandan getmək təcrübəsi varmı?
- Var. Qəbələ RLS-i ağır silahlanmış, topu, tüfəngi, təyyarəsi olan 5 000-ə yaxın rus hərbiçisi qoruyurdu. 2013-də Azərbaycandan getdilər. O zaman da Putin və İlham Əliyev hakimiyyətdə idi.
- Ermənistanın yerini xəritədə İsveçlə dəyişə bilərikmi?
- Bilmərik
- Belə bir qonşu ilə yaşamağa məcburuqmu?
- Məcburuq
- Rusiya supergücdürmü?
- Elədir
- Rusiya tək bu bölgə yox, bütün dünyada söz sahiblərindən biridirmi?
- Elədir
- Bu bölgədə Rusiyasız münaqişələr çözülürmü?
- Çözülmür
- Son 44 günlük müharibədə Rusiya Prezidenti nəyi dəstəklədi?
- Azərbaycanın ərazi bütövlüyünü
- Rus vertolyotunu başqa ölkə vurmuş olsaydı nəticədə nə olardı?
- Məsələ böyüyərdi
- Rus sözünü görəndə diksinməliyikmi?
- Bizim rus vətəndaşlarımız da var və bizim onlara qayğımızı, rus dilinə və rus sektoruna münasibətimizi rus mediasında debatlarda üstün cəhətimiz kimi təqdim etdik və bizim xeyrimizə işlədi. Ona görə də diksinmək əvəzinə daha çox inteqrasiya etmək və Rusiyanın bizi daha çox eşitməsinə nail olmaq lazımdır.
- 2 milyon vətəndaşımıza Rusiyada sırf Azərbaycanlıdırlar deyə aqqressiv münasibət olsa xoşumuza gələrmi?
- Gəlməz. Unutmayaq ki, elə müharibə dövründə Rusiyada yaşayan Azərbaycanlılar Ordumuza xeyli maddi və mənəvi dəstək göstəriblər. Ordumuza dəstək göstərənlər arasında tanınmış Rusiya vətəndaşları da var.
- Ərazilərimizdən kim çıxır və yerinə kim gəlir?
- İşğal olunmuş ərazilərimizdən 50 000 nəfərlik ağır silahlı erməni ordusu çıxır (Serj Sarkisyanın dövründə hərbi təlimdə statistika belə idi), yerinə Dağlıq Qarabağın bir hissəsinə 1960 nəfərlik yüngül silahlı sülh məramlı gəlir. (Bu Rusiya ordusu demək deyil. Rusiyanın Azərbaycanla sərhəd olan Dağıstanda 80 000 nəfərlik ordusu və Xəzərdə donanması var)
- Rus sülhməramlıları dayanan ərazidə hansı qanunlar işləyəcək?
- Rusiya sülhməramlıları dayanan torpaqlarımızda Azərbaycan qanunları və Azərbaycan pasportu işləyəcək. Azərbaycan polisi xidmət göstərəcək.
- Azərbaycan pasportu daşımayıb, Ermənistan pasportu ilə Azərbaycanda yaşamaq istəyən ermənilər nə etməlidir?
- Başqa ölkəyə köçməyə köçməyə yolları açıqdır.
Ermənistan vətəndaşı Azərbaycana turist kimi gələ bilərmi?
- Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan və diplomatik münasibətlər qurulmadan bu mümkün deyil.
- Ola bilərmi ki, ruslar digər ölkələrdən bu sülhməramlılara qoşulmağa əlavə qüvvələr dəvət etsin?
- Ola bilər. Beynəlxalq təcrübədə bu var.
Azərbaycanlı 700 min məcburi köçkünün evlərinə dönməsinə Rusiya nəzarət edəcək
Xeyr. Bu BMT-nin mandatı altında baş verəcək
- 10.11.2020 tarixindən erməni ordusunu zorla Dağlıq Qarabağdan və işğalda olan Ağdam, Laçın, Kəlbəcərdən çıxardan kimdir?
Rus sülhməramlıları. Bəs buna görə rusları xain adlandıran kimdir? Ermənilər.
- Rusiya ilə hansı siyasət quraq?
- Əsl siyasət güclünü düşmənə yox, dosta çevirməkdir.
Qarabağın Abxaziya, Osetiya və Dnestryanına çevirmək riski var idimi?
- Balanslı siyasət bu təhlükəni heç gümdəmə gəlməməsinə nail ola bilmək və qarşılıqlı münasibətləri özünə faydalı formata gətirərək, isti münasibət saxlamaqdır.
- Müharibə ilə torpaqlarımızı azad etmək yaxşıdır yoxsa müharibəsiz?
- Mən Dayımı Qarabağ müharibəsinin nəticəsində itirmişəm, rəhmətlik Əmim hərbiçi-polkovnik olub, Əmimin və Dayımın oğlu isə müharibə başlayandan Füzulidə döyüşdü və bu gün də orda əsgərdir. Yəni müharibənin nə demək olduğundan təsəvvürüm var. Ona görə də mən ura-patriotik fikirlərdən uzağam və Ali Baş Komandanın hər qərarını qeyd-şərtsiz dəstəkləyirəm. O ən məlumatlı insandır və ən düzgün qərarları qəbul edir. Əlbəttə ki, şəhid vermədən istəyimizə nail olmaq daha gözəldir. Müharibə həm də iqtisadiyyata gündəlik on milyonlarla zərər vurur.
- Xankəndidə erməni qonşusu ilə yaşamaq istəməyən Azərbaycanlı nə edə bilər?
- Onları köçürməyin sadə yolu var. Hərəmiz bir erməni evini satın alaq və onları yola salaq getsinlər başqa ölkələrdə ev alıb yaşasınlar. Bu beynəlxalq hüquqa zidd deyil. Amma beynəlxalq hüquq və Azərbaycan qanunları onları evlərindən çıxarmağa imkan vermir.
- Naxçıvanla Azərbaycan, Türkiyə ilə Azərbaycan və Azərbaycan üzərindən Türkiyə-Rusiyaya quru yolunun açılmasını xəyal etmirdikmi?
- Edirdik və bu bəyanatla nail olduq.
- Türkiyə bu bəyanatdan məmnundurmu?
- Məmnundur
- Ermənilər hər an xainlik edə bilərmi?
- Edə bilər. Ona görə də hər an yeni müharibəyə hazır olmalıyıq. Daha müasir texnika almalıyıq, daha müasir ordu qurmalıyıq. Amma yeni postlarımız olmalıdır Laçında, Şuşada, Kəlbəcərdə. O zaman biz istənilən müharibəni itkisiz udacağıq.
- Yekun nəticə nədir?
- Bu bölgədə müharibələr və şahmat oyunu 100 illərdir gedir. Bu partiyanın qalibi isə Azərbaycan şəhidləri, Azərbaycan ordusu, Azərbaycanın Ali Baş Komandanı və Azərbaycan xalqıdır. Allah şəhidlərimizə rəhmət eləsin.
Bizim.Media