Hüceyrələri necə yeniləmək lazımdır?

Hazırda oxunan: Hüceyrələri necə yeniləmək lazımdır?

25235

Qış fəslinin bitməsi yazın gəlməsi ilə orqanizmdə də bir növ yenilənmə baş verir. Saçlar, dəri, qan hüceyrələri və daxili orqanlarda hər zaman yenilənmə prosesi gedir. Amma yazda daim yenilənən hüceyrələrin bölünməsi, yenilənməsi prosesi daha da sürətlənir.

Bu prosesin normal getməsi, xəstəliklərin yaranmaması üçün orqanizmin təbii enerji qaynaqlarına, vitamin və mienrallara ehtiyacı da artır.

Həmin təbii enerji qayanqlarının seçilməsi, qəbul edilməsi qaydalarına əməl edildiyi hallarda xəstəlikərin ortaya çıxması riski minimuma enir.

Mütəxəsislər hesab edir ki, hər bir insan özü orqanizmin yenilənməsi prosesinə dəstək olmalı, qida seçimində diqqətli olmalıdır.

Bəs orqanizmi daha çox yeniləyən qidalar hansılıardır?

Dietoloqlar bu sırada qatığı xüsusi qeyd edirlər. Bağirsaq florasını yeniləyən və tamlığını qoruyan bu məhsul D vitamini ilə zənginliyi sayəsində bir çox xəstəliklərin inkişafını əngəlləyir. Hər gün yatmazdan əvvəkl 1 stəkan qatıq içmək tövsiyə olunur.

Hələ qədim zamanlardan dərman kimi istifadə olunan sarıkök güclü antioksidant, iltihab əleyhinə ən faydalı təbii vasitə sayılır.

Sarıkökün xərçəngdən qoruyuculuğuna da dair araşdırmalar var. Hər gün bişirilən yeməklərə bir çay qaşığı sarıkök əlavə etmək tövsiyə edilsə də, bildirilir ki, öddaşı xəstəliyi olanlar, eləcə də qan duruldan dərmanlar içənlər bu məhsuldan uzaq durmalıdırlar.

Orqanizmi yenilyən əsas məhsullardan biriinin də ispanaq olduğu vurğulanır. İspanaq C vitamini ilə zənginliyi sayəsində dərini gözəlləşdirir, yüksək lifli qida olması, potasium və K vitamini ifraz etməsi ilə hüceyrələrin yenilənməsinə dəstək olur. Ürək, damar, bağırsaq sağlamlığını qoruyur.

Əzələləri güclənidirir, zehni və fiziki yorğunluğu aradan qaldırır. İspanağı həm çiy, həm salatlarda, həm də bişirərək yemək olar.

Hüceyrələri yeniləyən, orqanizmi möhkəmlədnirən məhsullar sırasında balıq, kök, turp, nar, qoz, fındıq, badam, digər quru meyvələr, sarımsaq, yumurta, qəhvə, narıngi və s. sitrus meyvələri, bəhməz, qaraciyər də xüsusi olaraq qeyd olunur. (e-tibb)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin