Ronaldo gələcəyi ilə bağlı QƏRAR VERDİ

Hazırda oxunan: Ronaldo gələcəyi ilə bağlı QƏRAR VERDİ

252236

"Əl-Nəsr"lə müqaviləsi başa çatan Kriştiano Ronaldo gələcəyi ilə bağlı qərarını verib.

Bizim.Media xəbər verir ki, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı klubunda qalacaq. Bu barədə "Mercato" nəşri məlumat yayıb.

Ronaldo "Əl-Nəsr"lə yeni müqavilə ilə bağlı razılığa gəlib. Yaxın günlərdə tərəflər arasında rəsmi sözləşmə imzalanıb.

Qeyd edək ki, Kriştiano Ronaldo 2023-cü ilin yayından "Əl-Nəsr"də çıxış edir. 40 yaşlı hücumçu başa çatan mövsümdə komandanın heyətində meydana çıxdığı 41 rəsmi matçda 35 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin