Cəlilabaddan kitab festivalına gələn şair Əlövsət Tahirlinin imza saatı keçirilib.
Bizim.Media xəbər verir ki, IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında bölgələrdən gələn şairlər də yer alır.
MÖVZU İLƏ BAĞLI:
"Gül dəftəri" mövzusunda panel müzakirəsi keçirildi – FOTO
Cəlilabad rayonundan festival üçün paytaxta üz tutan şair Əlövsət Tahirli qeyd edir ki, "Ürəyimdəsən hələ", "Unuda bilmədiyim", "Bu dünya mənlik deyilmiş" kitabları bu gün oxuculara təqdim edilib.
Qeyd edək ki, imza saatında müəllif tərəfindən səsləndirilən şeirlər oxucular üçün böyük marağa səbəb olub.
Qeyd edək ki, festivalın yeddinci günü Türkiyə Respublikasının tarixi və ədəbiyyatına həsr olunub. Mayın 24-də start götürən IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı iyunun 1-dək davam edəcək.
Bu il festival çərçivəsində ilk dəfə olaraq 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə I Türk Dünyası Uşaq Festivalının da keçirilməsi planlaşdırılır.
IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, YTB, AMEA, İLESAM, Dünya Gənc Türk Yazarlar Birliyi, “İnam Mühafizə” şirkəti, Mədəniyyət kanalı və Bizim.Media informasiya portalının təşkilati dəstəyi ilə keçirilir.
Aygün Hüseyn, Pərviz Allahverdiyev, Bizim.Media