Ümumdünya Səhiyyə Təşkilatının əməkldaşlarının fikrincə, qadınların hamiləliyə hazır yaşlarında alkoqol ziyanlıdır.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, belə illərini yaşayan qadınların spirtli içkidən istifadəsi gələcəkdə onların dünyaya gətirdiyi uşaqlara mənfi təsir göstərə bilər.
Bu səbəbdən də, ÜST uşaq dünyaya gətirə biləcək yaşda olan qadınlara alkoqolu qadağan etməyi təklif edib. Bu təşəbbüs 2022-2030-cu illər Qlobal spirtlə mübarizə planında da əks olunub. Məlumata görə, spirtli içkilər uşaqdan əlavə qadınların özünə də ziyandır.
ÜST-ün bu informasiyası artıq tənqidlərə səbəb olub. Sosial şəbəkələrdə istifadəçilər səhiyyə təşkilatını seksizmdə ittiham edirlər.
Xatırladaq ki, Hindistanda bir kişi spirtli içki almaq üçün qızını 5668 rupiyə (130 manata) satıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:15 / 17.06.2021
ÜST bu qadınlara spirtli içkini QADAĞA ETDİ
Hazırda oxunan: ÜST bu qadınlara spirtli içkini QADAĞA ETDİ
Hazırda oxunan: ÜST bu qadınlara spirtli içkini QADAĞA ETDİ
25199
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.