Ara Abramyan erməni diversantların valideynlərini Moskvaya apardı – SƏBƏB 

Hazırda oxunan: Ara Abramyan erməni diversantların valideynlərini Moskvaya apardı – SƏBƏB 

25123

İtkin düşən və Azərbaycan əsirliyində olan diversantların bir qrup valideynləri Rusiya Erməniləri Birliyinin sədri Ara Abramyanla birlikdə Moskvaya gedərək  orada bir sıra görüşlər keçiriblər. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumat “armeniasputnik.am” saytında yer alıb. 

Nəşr qardaşı müharibədə ölən və qardaşı oğlu əsir götürülən Arsen Qukasyana müraciət edib. Kişi məlumatı təsdiqləyib, ancaq əsgərlərin yaxınlarının dəqiq kimlərlə görüşdüyünü açıqlamağı məqsədəuyğun saymayıb. 

"Ara Abramyan bizə vəd etdiyi görüşləri təşkil edib. Əsirlərimizlə (diversantları nəzərdə tutur), eləcə də digər bir sıra məsələlərlə bağlı müzakirə etdik. Məqsəd birdir, prosesi sürətləndirmək və əsirliyi təsdiqlənənləri geri qaytarmaq üçün bir yol tapmaq lazımdır. Bizə müxtəlif istiqamətlərdə kömək vəd olunub. Valideynlər bütün görüşlərdə iştirak edirlər”, deyə Qukasyan bildirib. 

O, əlavə edib ki, Ara Abramyan səfərin təşkili üçün Rusiya paytaxtında qalması da daxil olmaqla bütün xərcləri öz üzərinə götürüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin