Fed faiz qərarını açıqladı – GÖZLƏNTİLƏR NƏDİR? 

Hazırda oxunan: Fed faiz qərarını açıqladı – GÖZLƏNTİLƏR NƏDİR? 

25113

ABŞ Mərkəzi Bankı (Fed) faiz qərarını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, gözlənildiyi kimi Fed iyun ayı yığıncağında faizində dəyişiklik etməyərək 0,0 - 0.25% aralığında saxlayıb. 

Fed ən azı aylıq 120 milyard dollar olan qiymətli kağız alışı proqramını davam etdirəcəyini açıqlayıb. 

Ancaq Fed rəsmiləri 2023-cü ilin sonuna qədər faizlərdə iki dəfə artım gözlədiklərinin siqnalını verib. 

Fed-in iki günlük yığıncağının ardından yaydığı məlumatda peyvəndləmədə irəliləyişin ABŞ-da Covid-19-un yayılmasını azaltdığı qeyd edilib və  "Bu irəliləyiş və güclü siyasət dəstəyi ilə iqtisadi fəaliyyət və məşğulluq göstəriciləri gücləndi" ifadələri işlədilib. 

Fed-in faiz qərarının ardından qızılın unsiyasının qiyməti 1,2% düşərək 1836 dollar səviyyəsinə, Avro/ dollar məzənnəsi isə 0,7% düşərək 1.2041 səviyyəsinə geriləyib (saat 22:20-yə olan məlumat). 

ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell Fed-in faiz qərarın ardından keçirdiyi mətbuat konfransında "İqtisadi aktivlik və məşğulluq göstəriciləri yaxşılaşdı" deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin